Şəkidə Vətən müharibəsi şəhidi Kamal Kamallının anım günü KEÇİRİLİB - FOTO

Şəkidə Vətən müharibəsi şəhidi Kamal Kamallının anım günü KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Şəkidə Vətən müharibəsi şəhidi Kamal Kamallının anım günü KEÇİRİLİB - FOTO

198845

Şəkidə şəhid Kamal Kamallının anım günü keçirilib. Şəki kəndində keçirilən anım günündə şəhidin ailəsi, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri ştirak ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə şəhidin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhid Kamal Kamallının keçdiyi şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompazisiyalar ifa olunub.
Qeyd edək ki, 29 yaşlı Kamal Kamallı 2020-ci ilin avqust ayından Dövlət Sərhəd Xidmətində gizir kimi xidmətə başlayıb. O, Vətən müharibəsinin iştirakçılarından biridir.

Kamal Kamallı 2021-ci ildə sərhəd-döyüş məntəqəsindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında qəzaya düşərək şəhadətə yüksəlib.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO