Həlak olan polis serjantı Mirəli Heydərov dəfn edildi – YENİLƏNİB - FOTO/VİDEO   

Həlak olan polis serjantı Mirəli Heydərov dəfn edildi – YENİLƏNİB - FOTO/VİDEO   

Hazırda oxunan: Həlak olan polis serjantı Mirəli Heydərov dəfn edildi – YENİLƏNİB - FOTO/VİDEO   

198795

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovla Kürdəmirdə keçirilən vida mərasimi başa çatıb. 

Bizim.Media xəbər verir ki, polis əməkdaşı Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində M.Heydərovun doğmaları, Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Qeyd edək ki, bu gün həlak olan digər polis əməkdaşları – kapitan Eldəniz Məmmədov Bakıxanov qəsəbə qəbiristanlığında, serjant Mahir Ağayev isə Binə qəsəbə qəbiristanlığında dəfn olunub. 

*** 15:48

Axtarışda olan şəxsin saxlanılması üçün Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mirəli Heydərovun cənazəsi Kürdəmir rayonuna gətirilib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hazırda Kürdəmir rayonunun Cəyli kəndində Mirəli Heydərovla vida mərasimi keçirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda atışma: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi


M.Heydərov Cəyli kənd qəbiristanlığında dəfn ediləcək. 

Mirəli Füzuli oğlu Heydərov 1996-cı ildə Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. 2020-ci ildən etibarən, Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayında xidmət edib. Subay idi. 

Xatırladaq ki, iyunun 24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlunun saxlanılması üçün keçirilən əməliyyat zamanı polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov həlak olub. 
 





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO