“Növbəti ünvanımız İsmayıllının Kənəə kəndidir. Sıldırım dərələrin arasında yerləşir. Yolu dərə-təpədir. yəni yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.
Nəşr mövzunu belə davam etdirib:
“Kənəə kəndinə getmək üçün 4-5 km yolu piyada getməlisiz. Buna isə ən az iki saat vaxtınız gedəcək. Elə şəraitsizliyi səbəbindən kənddə cəmi 3 ailə yaşayır. Onların bütün həyatı bu kəndlə bağlıdır. Sivilizasiyadan uzaq, təbiət qoynunda, sükutun hökm sürdüyü bir məkana - Kənəə kəndinə gedək”.
Bizim.Media