“İnter” Hakan Çalhanoğlu üçün 60 milyon avro qiymət qoydu

“İnter” Hakan Çalhanoğlu üçün 60 milyon avro qiymət qoydu

Hazırda oxunan: “İnter” Hakan Çalhanoğlu üçün 60 milyon avro qiymət qoydu

198647

“Bavariya” Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlunu transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu təklifi müsbət qarşılayıb.

Amma “İnter”in yüksək transfer məbləğ tələb etməsi suallar yaradıb. “Neradzurri” Hakanı 60 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb. Münhen klubunun 30 yaşlı futbolçuya yüksək məbləğ ödəyəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Çalhanoğlu A seriyasının son mövsümündə 32 oyunda 13 qol vurub, 3 ötürmə edib. O, İtaliya çempionu tituluna yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO