Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapıldı

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapıldı

Hazırda oxunan: Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapıldı

198638

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyti su hövzəsinin Samux rayon ərazisinə aid hissəsində tapılıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları isə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO