Ağstafa rayonunda baş verən kütləvi zəhərlənmə faktının təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan toy sahibi Akif Piriyev bildirib ki, zəhərlənməyə səbəb məclisdən əvvəl hazırlanan paytaxt salatı ola bilər.
"Məlum məsələdir ki, paytaxt salatı toydan bir-iki gün öncə hazırlanır. Həmin zaman da bizim rayonumuzda qasırğa oldu və işıqlar söndü. Ona görə də bəzi qidalar bir müddət istidə qaldı. Böyük ehtimal zəhərlənmə paytaxt salatından olub".
Ətraflı süjetdə:
Bizim.Media