İyunun 20-də müşahidə edilən güclü yağışdan sonra gələn sel Qubanın ən ucqar Dalıqaya-Zıxır-Girdah-Quba yolunu dağıdıb.
Dalıqaya kənd sakinlərinin Bizim.Media-ya verdiyi məlumata görə, üç gündür rayon mərkəzi ilə əlaqələri kəsilib.
Zıxır kənd dərəsinə gələn sel suları dərəni yuyub və nəqliyyat vasitələri bu yoldan keçə bilmirlər.
Məlumata görə, rayon mərkəzinə getmək istəyən insanlar Zıxır dərəsində ilişib qalıblar.
Quba İH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Tariyel İbrahimov bildirib ki, rayonda selin dağıtdığı yollar tam bərpa olunub.
Zıxır yolundakı problem də qısa vaxt ərzində aradan qaldırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media ,Şimal bürosu