Elman Nəsirov Mirələmovun müdafiəsinə QALXDI – “Şərəf və ləyaqətini alçaltmaq olmaz”

Elman Nəsirov Mirələmovun müdafiəsinə QALXDI – “Şərəf və ləyaqətini alçaltmaq olmaz”

Hazırda oxunan: Elman Nəsirov Mirələmovun müdafiəsinə QALXDI – “Şərəf və ləyaqətini alçaltmaq olmaz”

19842

“Təndiq edərkən obyektiv olmaq lazımdır. Araşdırın, görün Hüseynbala Mirələmov nə qədər kitabların, elmi əsərlərin müəllifidir, tamaşaları teatrlarda səhnəyə qoyulub... Ziyalıdır. Təəssüf edirəm ki, bəziləri insanların başına bir iş gələndə sevinirlər”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov sosial şəbəkələrdəki hesabında deyib. Deputat Hüseynbala Mirəlimovun müdafiəsinə qalxıb:
 

MÖVZU İLƏ BAĞLI:

Hüseynbala Mirələmovla videosu yayılan qadından XƏBƏR VAR


“Aqressivlik göstərirlər. Hüseynbala Mirələmovla bağlı hadisə oldu, ən böyük cəzanı çəkdi. Psixoloji, yaxın ətrafın münasibəti baxımından... Hesab edirəm ki, Mirələmovun şərəf və ləyaqətini alçaltmaq olmaz.

Bu məsələyə çox cılız, bəsit yanaşırlar. Xanımın orada davranışını gördünüz? Əlindənmi vurdu, etirazmı etdi?

Danışanda insaflı olmaq lazımdır. Avropada analoji vəziyyətdə xanımın davranışına baxırlar. Etiraz edirsə, səs-küy qoparırsa, məsələ qəlizləşir. Dediyim heç də Hüseynbala müəllimi müdafiə kimi başa düşülməsin. Əməli törətdi, cəzasını da aldı. Hər kəs öz hərəkətinə cavabdehdir” – deyə E.Nəsirov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO