Bərdədə 6 azyaşlının zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Bərdədə 6 azyaşlının zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bərdədə 6 azyaşlının zəhərlənməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 

198388

Bəzi kütləvi informasiya vasitələrində iyunun 16-da Bərdə rayonunun Zümürxan kəndində yaşayan 6 nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi yardım göstərilib, müayinələrin aparılması üçün müvafiq nümunələr götürülüb. Baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb:

"Araşdırmaların nəticəsinə əsasən, hadisənin qida zəhərlənməsindən baş vermədiyi məlum olub. Həkimlər tərəfindən xəstələrə "Qeyri-infeksion qastroenterit və kolit" diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıb".

Qeyd edək ki, 16.06.2024-cü il tarixində 2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO