Şimalda sel təsərrüfatlara ziyan vurdu - VİDEO

Şimalda sel təsərrüfatlara ziyan vurdu - VİDEO

Hazırda oxunan: Şimalda sel təsərrüfatlara ziyan vurdu - VİDEO

198373

Qubanın Rustov İnzibati Ərazi Dairəsinin ərazisindən də güclü sel keçib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sel Rustov kəndində bir məhəllədə vətəndaşların fərdi təsərrüfatını yuyub aparıb.

Məlumata görə, təxminən 7-8 təsərrüfat sel sularından ziyan çəkib.

Quba icra hakimiyyətinin başçısının Rustov  İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Beybut Rəhimov selin ciddi fəsadlar törətdiyini təsdiqləyib. Onun sözlərinə görə, yuxarı Xanəgah istiqamətində Cağacuqçaydan gələn sel Xanəgah körpüsündən iri trubanı aparıb və ətraf yolları basıb.

Xanəgah kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Əraziyə texnika göndəriləcəyi bildirilir.
 


 
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO