Macarıstanlı deputat: Ağdamda dirçəlişin şahidi oldum - FOTO

Macarıstanlı deputat: Ağdamda dirçəlişin şahidi oldum - FOTO

Hazırda oxunan: Macarıstanlı deputat: Ağdamda dirçəlişin şahidi oldum - FOTO

198145

Ağdamda dirçəlişin, Azərbaycan xalqının ruh yüksəkliyinin və möhkəm iradəsinin şahidi oldum.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Macarıstanın “Bizim vətənimiz” (Mi Hazank) partiyası sədrinin müavini, Macarıstan Milli Məclisinin deputatı İştvan Apati işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri zamanı deyib.

Macarıstanlı deputat qeyd edib: “Kiçik bir analoq aparmaq və Azərbaycan xalqını macarlarla müqayisə etmək istəyirəm. Bizim tariximizdə hər şeyi yenidən başlamaq məcburiyyətində olduğumuz bir neçə məqam olub. Amma biz ruhdan düşməmişik. Həmişə möhkəm iradəmiz, yeni başlanğıc üçün enerjimiz olub. İndi burada gördüklərim onu deməyə əsas verir ki, sizin də yolunuza çıxan bütün çətinliklərə və maneələrə rəğmən rekonstruksiya işlərinə başlamaq və bu şəhəri yenidən dirçəltmək üçün özünüzdə güc tapmışınız”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO