İnsanlarda qarpızla bağlı tərəddüd: Qiyməti baha, zəhərlənmə ehtimalı da var – VİDEO

İnsanlarda qarpızla bağlı tərəddüd: Qiyməti baha, zəhərlənmə ehtimalı da var – VİDEO

Hazırda oxunan: İnsanlarda qarpızla bağlı tərəddüd: Qiyməti baha, zəhərlənmə ehtimalı da var – VİDEO

198063

Paytaxt bazarlarında artıq qarpız və qovun satışa çıxarılıb.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, hazırda bazarda satılan qarpız örtük altında yetişdirilən, yəni istixana qarpızdır.

Satıcılar deyir ki, hazırda qarpız və yemiş müəyyən gübrələr vasitəsilə yetişdirilir. 

Amma alıcılar arasında  qarpız və yemişi yalnız mövsümündə almağa üstünlük verənlər də var. Satıcılar isə məhsulun bazara təzə gətirildiyindən qiymətlərin də baha olduğunu deyirlər.
Qastroenteroloq Sevindik Arazov açıqlamasında qeyd edib ki, qarpız zəhərlənməsi onun tərkibində olan nitratdan baş verə bilər.

Bostan şəraitində yetişdirilən qarpızın tərkibində nitratın miqdarı 1 kiloqramda 60 mq, istixana şəraitində isə 90 mq miqdarında ola bilər.

Mütəxəssis qeyd edib ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO