“Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkir” – Yalçın Rəfiyev

“Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkir” – Yalçın Rəfiyev

Hazırda oxunan: “Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkir” – Yalçın Rəfiyev

197979

“Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam edir”.

Bizim.Media xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

O qeyd edib ki, dünya ictimaiyyəti havanın temperaturunun 1,5 dərəcəyə qədər yüksəlməsi ilə bağlı Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmir: “Statistikaya nəzər salsaq, görərik ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü il müşahidələr dövründə ən isti il olub”.

Y.Rəfiyevin sözlərinə görə, COP29 komandası tərəfləri daha qeyri-rəsmi şəraitdə toplamaq və iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək məqsədilə iyulun ikinci yarısında Azərbaycanda seminar təşkil etmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO