“ Biz COP 29-u inklüziv, şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik”.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu toplantıda deyib.
O qeyd edib ki, COP 29-a sahiblik edən ölkə olaraq bizim bütün fikirləri eşitməyimiz, konsensus əsasında qurulmuş proqram hazırlamağımız və iqlim fəaliyyəti üçün hər kəsi gücləndirən ortaq həllər tapmağımız vacibdir:
“Ötən aylar ərzində komandamız maraqlı tərəflər və müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə dərin məsləhətləşmələr aparıb. Biz bütün maraqlı tərəflərin ümumi iqlim probleminin təsirlərini həll etmək üçün birgə işləmək öhdəliyini götürdük. Bu görüşlər ambisiyaları yüksəltmək və hərəkətə keçmək, hamı ilə işləmək üçün fürsət verib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:54 / 19.06.2024
“COP 29-u şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik” – Muxtar Babayev
Hazırda oxunan: “COP 29-u şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik” – Muxtar Babayev
Hazırda oxunan: “COP 29-u şəffaf və qərəzsiz şəkildə təqdim etməyə sadiqik” – Muxtar Babayev
197958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.