Ordubad, Babək və Şərurda yanğınlar olub

Ordubad, Babək və Şərurda yanğınlar olub

Hazırda oxunan: Ordubad, Babək və Şərurda yanğınlar olub

197876

Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub.

Bizim.Media xəbər verir ki, Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” “qaynar xətt”inə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyatyanı sahədə yanğınların baş verməsi barədə informasiyalar daxil olub.

Məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və fərdi yaşayış evinə, yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO