Şuşalılar bayram namazını doğma yurdda qıldılar - VİDEO

Şuşalılar bayram namazını doğma yurdda qıldılar - VİDEO

Hazırda oxunan: Şuşalılar bayram namazını doğma yurdda qıldılar - VİDEO

197524

Qurban bayramı münasibətilə işğaldan azad edilmiş Şuşa şəhərində də bayram namazı qılınıb.

Bizim.Media xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında uzun illərdən sonra ilk dəfə şəhərə yenicə köçürülmüş Şuşa sakinləri də qatılıblar.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il iyunun 16-17-də Azərbaycanda Qurban Bayramı qeyd olunur.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO