Qəbələdə baş verən qəzada xarici vətəndaş ölüb - TƏFƏRRÜATLAR

Qəbələdə baş verən qəzada xarici vətəndaş ölüb - TƏFƏRRÜATLAR

Hazırda oxunan: Qəbələdə baş verən qəzada xarici vətəndaş ölüb - TƏFƏRRÜATLAR

197513

Qəbələdə baş verən qəzada bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

Ağdaş-Qəbələ yolunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Maşınlardan birində xarici vətəndaşlar olub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilir ki, axşam saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Elşən Əliyevin idarə etdiyi KAMAZ markalı yük avtomobilləri toqquşub.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Vito” minik avtomobilindəki  19 yaşlı əcnəbi ölkə vətəndaşı aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Qəzanın baş verdiyi əraziyə cəlb edilən Təcili Tibbi Yardım Briqadasının köməyi ilə nəqliyyat vasitəsindəki daha üç nəfər sərnişinə ilkin tibbi yardım göstəriləndən sonra onlar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralılar xəstəxanada müayinə olunub, müalicələrə cəlb ediliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO