2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.
Məlumat üçün deyək ki, Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.
Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.
Bu gün prokurorluq Şirin Abbasov barəsindəki həbs qətimkan tədbirinin ləğv edilərək, sərbəst buraxılması ilə bağlı məhkəməyə təqdimat verib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsindəki cinayət işi isə davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:56 / 15.06.2024
Şirin Tire haqda həbs qərarı ləğv edildi - Sərbəst buraxıldı
Hazırda oxunan: Şirin Tire haqda həbs qərarı ləğv edildi - Sərbəst buraxıldı
Hazırda oxunan: Şirin Tire haqda həbs qərarı ləğv edildi - Sərbəst buraxıldı
197479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.