Şuşada TDT ilə bağlı mühüm konfrans KEÇİRİLİR - FOTO

Şuşada TDT ilə bağlı mühüm konfrans KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Şuşada TDT ilə bağlı mühüm konfrans KEÇİRİLİR - FOTO

197391

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiya təşkil ediləcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO