Bakının Yasamal rayonunda yerləşən bəzi yaşayış binalarında özlərini polis əməkdaşları kimi təqdim edən bir neçə nəfər sakinlərin narahatlığına səbəb olub.
Bizim.Media xəbər verir ki, onlar fərqli saatlarda, əsasən isə axşamlar mənzillərin qapılarını döyərək ailə üzvləri ilə bağlı sorğu keçirdiklərini deyirlər.
Lakin naməlum şəxslər kameraların çəkdiyini gördükləri anda ərazini tərk edirlər.
Maraqlıdır ki, sakinlər həmin şəxslərin “qonaq” getdikləri binalardan dəfələrlə oğurluq edildiyini deyiblər.
Daha ətraflı "ARB Xəbər"in süjetində:
Bizim.Media