Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, körpənin həkim nəzarətsizliyi səbəbindən öldüyü iddia olunub.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Fuad Dövlətov bildirib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00-da huşsuz vəziyyətdə xəstəxanaya hospitalizasiya olunub.
Reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30-da ölüm faktı qeydə alınıb.
"Xəstənin yaxınları iyunun 13-də axşam saatlarında xəstəxananın qəbul şöbəsində insident törədiblər", - həkim qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media