Masallıda REYD: 72 sürücü cəzalandırıldı - FOTO

Masallıda REYD: 72 sürücü cəzalandırıldı - FOTO

Hazırda oxunan: Masallıda REYD: 72 sürücü cəzalandırıldı - FOTO

197156

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə vurduğu zərərin qarşısının alınması istiqamətində Masallıda tədbir həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Profilaktik tədbirlər zamanı yol polisi əməkdaşları tərəfindən həmçinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, avtomobillərə konstruksiya dəyişiklikləri edən və digər inzibati xətaya yol verən sürücülər də aşkarlanıb və barələrində protokol tərtib edilib.

Ümumilikdə isə ilin əvvəlindən Masallı rayonunda yol polisləri nəqliyyat vasitəsini spirtli içki və ya narkotik vasitənin təsiri altında idarə edən 72 sürücü müəyyən ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO