Qızı yoldaşından ayrıldığı üçün arvadını ÖLDÜRDÜ:

Qızı yoldaşından ayrıldığı üçün arvadını ÖLDÜRDÜ: "Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram"

Hazırda oxunan: Qızı yoldaşından ayrıldığı üçün arvadını ÖLDÜRDÜ: "Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram"

197037

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Zaman Məhəmməd oğlu Zeynalovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, şahid qismində təqsirləndirilən şəxsin oğlu Amid Zamanov ifadə verib:

"Atam anama xəsarət yetirib. 5 ildir ağır şəraitdə yaşayırıq. Hadisə olan vaxtı Rusiyadan təzə gəlmişdik. Anam xəstəlikdən əziyyət çəkirdi. Son müddət bacımın həyat yoldaşından ayrılmasından və evə qayıtmasından sonra ailəmizdə mübahisə daha da böyümüşdü. Anamın ölümünə gəlincə isə, səsə gəldim, gördüm anam uzanıqlı vəziyyətdədir. Mən hadisə yerinə çatanda artıq iş işdən keçmişdi".

Təqsirləndirilən Zaman Zeynalov oğlunun ifadəsinə münasibət bildirib:

"Qızım Səmanın nişanı bir dəfə qayıtdı. Sonra ərə verdik. Təzədən düz gəlmədi, boşandı, gəldi. Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram".

Növbəti şahid qismində təqsirləndirilənin digər oğlu Qamət Zeynalov qeyd edib ki, atası anası Pərvanə Şahbaz qızı Zeynalovanı qətlə yetirib:

"Anam bacım Səmanı ər evindən götürüb gətirdi. Mən bu Vətənin vətənpərvər oğluyam, 44 günlük döyüşlərdə iştirak etmişəm, anamızı itirdik, heç olmasa atama az cəza verin. Atam özü hadisədən sonra könüllü gedib polisə təslim oldu".

Məhkəmə prosesi 10 iyul tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, Zaman Zeynalov ötən ilin yanvar ayında Qobustan qəsəbəsində həyat yoldaşı Pərvanə Zeynalovanın boğazını kəsərək qətlə yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO