Lənkəranda yasdan qayıdan nənə və 2 nəvəsini MAŞIN VURDU - Ölən var 

Lənkəranda yasdan qayıdan nənə və 2 nəvəsini MAŞIN VURDU - Ölən var 

Hazırda oxunan: Lənkəranda yasdan qayıdan nənə və 2 nəvəsini MAŞIN VURDU - Ölən var 

197026

Lənkəranda nənə və azyaşlı nəvələrini maşın vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan minik avtomobili piyada olan iki nəvəni və onların  nənələri - 1968- ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. 

Nənə və 5 yaşlı nəvənin müalicəsi isə təcili yardım şöbəsində davam etdirilir. Onları vuran nəqliyyat vasitəsi sonradan  digər bir maşına da çırpılıb.
Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO