İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU - FOTO

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU - FOTO

Hazırda oxunan: İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU - FOTO

197003

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü Zaur Şirəliyevə nəqliyyat vasitəsinin işıq cihazları nasaz olduğu üçün "saxla" işarəsi verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, sənədləri yoxlanılarkən Z.Şirəliyevin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.
Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Şirəliyev 15 sutka inzibati qaydada həbs edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO