Bakıda süd məhsulları müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Bakıda süd məhsulları müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

Hazırda oxunan: Bakıda süd məhsulları müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

19690

Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozunun ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Bizim.Media verir ki, bununla bağlı AQTA məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hövsanda kəsim məntəqəsində antisanitar şərait - Toyuq ətləri boyanırmış - VİDEO     


Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub.

Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO