Göyçayda külək və leysan FƏSADLAR TÖRƏTDİ - Bəzi yerlər işıqsız qalıb

Göyçayda külək və leysan FƏSADLAR TÖRƏTDİ - Bəzi yerlər işıqsız qalıb

Hazırda oxunan: Göyçayda külək və leysan FƏSADLAR TÖRƏTDİ - Bəzi yerlər işıqsız qalıb

196855

Göyçayda güclü leysan yağışlarının müşayiəti ilə əsən güclü külək rayonda bır sıra fəsadlar törədib. İri gövdəli ağaclar aşıb, şəhərin elektrik xəttlərinə xeyli ziyan dəyib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, gecə saatlarında başlayan güclü yağış və külək rayon ərazisində yol kənarındakı iri gövdəli ağacları aşıraraq avtomobillərin intensiv hərəkət etdiyi yollarda sürücülər üçün çətin anlar yaşadıb.

Yağışın və küləyin yaratdığı fəsadlar əsasən rayonun M.Ə.Rəsulzadə və Natavan küçəsində özünü daha çox göstərib. Belə ki, adları çəkilən küçələrə də iri gövdəli ağaclar aşaraq şəhərin elektrik təsərrüfatına xeyli ziyan vurub.

Hazırda şəhər ərazisinin bir hissəsində, küçələrdə və evlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 

Bundan başqa yağan güclü yağış nəticəsində rayon ərazisindən keçən suvarma arxları da daşaraq subasmaya səbəb olub. Bu isə öz növbəsində şəhər ərazisində piyadların gediş-gəlişini çətinləşdirib. 

Hazırda aidiyyəti qurumların əməkdaşları yaranmış fəsadların  aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirirlər.

Qeyd edək ki, rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO