Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib.
Bizim.Media bildirir ki, Ali Məhkəmədən verilən məlumata görə, plenumda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
Daha 117 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb - SİYAHI
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının yeni tərkibi və Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin redaksiya heyəti təsdiq edilib.
Plenumda həmçinin konkret işlərə baxılıb.
Bizim.Media