İyunun 11-i saat 11:00-a olan məlumata əsasən, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda 2 mm, İsmayıllı, Daşkəsən, Tovuz, Göygöl, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Biləsuvar, Lerik, Qrızda duman müşahidə olunub.
Qərb küləyi arabir Göygöl, Daşkəsəndə 20 m/s, Astara, Lerikdə16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26-30, Naxçıvan MR-da 27-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 16-20 dərəcə isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 11.06.2024
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA
196737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.