2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

Hazırda oxunan: 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

196529

Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza Dinar oğlu İmanov yaşadıqları binanın 6-cı mərtəbəsindən yıxılaraq “Kia Carnival” markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Məlumata görə, o, döşəmə səviyyəsində olan pəncərənin qoruyucu toruna toxunub və həmin torun yerindən çıxması səbəbindən yıxılıb.

Bildirilib ki, hadisə vaxtı uşaq otaqda tək olub və diqqətsizlik səbəbindən pəncərədən düşüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO