Məktəbli qızın zorla ərə verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

Məktəbli qızın zorla ərə verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Məktəbli qızın zorla ərə verilməsilə bağlı RƏSMİ AÇIQLAMA

196473

Bərdə rayonunda 8-ci sinif şagirdi erkən evliliyə cəlb olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.

 

Bildirilib ki, sentyabrın 30-u Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb.

 

Qeyd edək ki, Dövlət Komitəsinin əməkdaşı yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlayıb, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib.

 

Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.

 

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO