Lənkəran qəzasının DETALLARI açıqlandı - FOTO

Lənkəran qəzasının DETALLARI açıqlandı - FOTO

Hazırda oxunan: Lənkəran qəzasının DETALLARI açıqlandı - FOTO

196446

İki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi bu səhər köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib. 

Bizim.Media xəbər verir ki, belə ki, Lənkəran rayonunun Viravul kənd sakini 1961 - ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, idarəetməni itirib. 

Nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və maşında sərnişin qismində olan, sürücünün həmkəndlisi 1947 - ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıblar.
Həkimlər onlara sağ baldırın aşağı 1/3 - nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozu qoyublar.

Vəziyyəti daha ağır olan 77 yaşlı Ş.Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir. 

Qeyd edək ki, qəzada xəsarət alan Şakir Əliağa oğlu Həsənov, 1 - ci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.





Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO