Qadın əməliyyatdan sonra öldü, həkim isə təhdid etdi: \

Qadın əməliyyatdan sonra öldü, həkim isə təhdid etdi: \"Bilirsiniz kiminlə danışırsınız?\"

Hazırda oxunan: Qadın əməliyyatdan sonra öldü, həkim isə təhdid etdi: \"Bilirsiniz kiminlə danışırsınız?\"

196390

Bakıda cərrahiyyə əməliyyatı keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb. 1995-ci il təvəllüdlü Ülkər Səxavət qızı Fərzani təqribən 20 gün əvvəl Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mədəkiçiltmə əməliyyatı keçirib.

Qonşularının verdiyi məlumata görə, Ü.Fərzani əməliyyatdan sonra qida rejiminə diqqət etməyib. Bildirilib ki, o, qazlı içkilər içdiyinə görə həyatını itirib. Sosial şəbəkələrdə edilən müzakirələrin birində ölümün həkim səhvindən olduğu da iddia edilir.

Əməliyyatı icra edən cərrah Elçin Abdinov olub. O, əməliyyatın 30 gün əvvəl icra olunduğunu və əməliyyat prosesində hər hansı bir problemin olmadığını söyləyib. Digər iddialarla bağlı suallara isə cavabı "Siz bilirsiniz, kiminlə danışırsınız?" şəklində olub.

Mərhumun ailə üzvləri də mediaya açıqlama vermək istəməyiblər.

Daha ətraflı APA TV-nin süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO