Qusar xəstəxanasının mühafizə xidmətinin rəisi DÖYÜLDÜ

Qusar xəstəxanasının mühafizə xidmətinin rəisi DÖYÜLDÜ

Hazırda oxunan: Qusar xəstəxanasının mühafizə xidmətinin rəisi DÖYÜLDÜ

196323

Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi Ruslan Kübərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Ruslan Kübərov Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qusar rayon Mərkəzi Xəstəxanasının mətbuat katibi Anjela Zalova məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosuna açıqlamasında faktı təsdiqləyib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov isə faktla bağlı Qusar rayon polis şöbəsində araşdırmalar getdiyini deyib.

Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO