"Bakubus"a məxsus avtobusların sürət limiti endirilib. Sərnişinlərin sözlərinə görə, sürət həddi saatda 50 km-ə salınıb. Bu isə gecikmələrə səbəb olur.
Bizim.Media xəbər verir ki, sərnişinlərin fikirlərini sürücülər də təsdiqlədi. Bir aya yaxındır ki, tətbiq edilən sürət limiti heç onların da ürəyincə deyil.
Məsələ ilə bağlı "BAKUBUS" MMC-dən bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub.
Qurumdan o da bildirildi ki, bu qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir:
“Zolaqlar şəbəkəsi genişləndikcə sürət həddinin tənzimlənməsinə yenidən baxılma zərurəti meydana çıxacaq",- deyə qurum rəsmisi əlavə edib.
“Xezerxeber.az”ın mövzu ilə bağlı videomaterialını təqdim edirik:
Bizim.Media