Bakı hava limanı “Air Montenegro” aviaşirkətinin ilk reysini qarşılayıb

Bakı hava limanı “Air Montenegro” aviaşirkətinin ilk reysini qarşılayıb

Hazırda oxunan: Bakı hava limanı “Air Montenegro” aviaşirkətinin ilk reysini qarşılayıb

196233

İyunun 7-də Heydər Əliyev Beynəlxalq Hava Limanı Monteneqronun milli aviadaşıyıcısının Tivat-Bakı marşrutu üzrə ilk reysini qəbul edib.

Hava limanından Bizim.Media bildirilib ki, “Air Montenegro” aviaşirkətinin təyyarəsi yerli vaxtla saat 13:50-də Bakı aeroportuna uğurla eniş edib.

Monteneqronun aviadaşıyıcısı Tivat-Bakı-Tivat marşrutu üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.
Bu istiqamətdə biletləri aviadaşıyıcının rəsmi www.airmontenegro.com saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edərək uçuş coğrafiyasını genişləndirməklə sərnişinlərə daha çox səyahət variantları təqdim etməkdə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO