Şuşa qəhrəmanları - Xüsusi Təyinatlı Qüvvələrin 22-ci ili

Şuşa qəhrəmanları - Xüsusi Təyinatlı Qüvvələrin 22-ci ili

Hazırda oxunan: Şuşa qəhrəmanları - Xüsusi Təyinatlı Qüvvələrin 22-ci ili

19617

Aprelin 30-u Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 22 il ötür.

Bizim.Media xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə  Müdafiə Nazirliyinin nəzdində qurulub.

Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.

İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərib.  Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir.

Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO