Naxçıvanda mebel sexi yandı – FOTO  

Naxçıvanda mebel sexi yandı – FOTO  

Hazırda oxunan: Naxçıvanda mebel sexi yandı – FOTO  

196122

Naxçıvan Muxtar Respublikası Babək rayonu Zeynəddin kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Babək rayonu Zeynəddin kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğının baş verməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb. 

Hadisə nəticəsində ümumi sahəsi 300 kavdrat metr olan sex və ona bitişik qarajın çardaq hissəsi, sexdə olan avadanlıqlar və digər əşyalar yanıb, qarajda olan minik avtomobilin sol tərəfi istiliyin təsirindən zədələnib. Bu tikililərə yaxın məsafədə yerləşən ümümi sahəsi 154 kvadrat metr sahəsi olan fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə edilib. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO