Pirşağı qəsəbəsində yerləşən fermasında işçiləri məcburi əməyə təşfiq etməkdə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilmiş Fazil İsmayılov yenidən mühakimə edilib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin qanun pozuntuları aşkar etdiyi işi Bakı Apellyasiya Məhkəməsi yenidən araşdırıb.
Məlumat üçün deyək ki, F.İsmayılov iki ildən çoxdur həbs edilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İttihamda deyilirdi ki, F.İsmayılov fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib. İsmayılov fermanın qapısını bağlayıb işçiləri qul kimi işlətməklə yanaşı, onların uşaqlarına qarşı zorakılıqda da təqsirləndirilirdi.
Məhkəmə istintaqı dövründə ferma sahibi özünü təqsirli bilmədiyini, vəzifəli şəxsin 50 baş inəyini fermada saxlamaqdan imtina etdiyi üçün ona tələ qurulduğunu deyib.
Buna baxmayaraq məhkəmə onu təqsirli hesab edib. Hakim Azər Paşayevin hökmü ilə F.İsmayılov Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) və digər maddələri ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılıb.
Qərardan verilmiş kassasiya şikayətini Ali Məhkəmə təmin edib.
Cinayət işi bu dəfə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılıb.
Məhkəmə müdafiə tərəfini və zərərçəkmişləri yenidən dindirib. Dəlil və sübutlar təkrar tədqiq olunub.
Prokuror hökmün dəyişdirilmədən saxlanılmasını tələb etsə də, məhkəmə ittiham tərəfinin tələbini qəbul etməyib.
Qərara əsasən, F.İsmayılovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 06.06.2024
7 il 6 ay azadlıqdan məhrum edilən şəxs bəraət aldı - DETALLAR
Hazırda oxunan: 7 il 6 ay azadlıqdan məhrum edilən şəxs bəraət aldı - DETALLAR
Hazırda oxunan: 7 il 6 ay azadlıqdan məhrum edilən şəxs bəraət aldı - DETALLAR
196034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.