60 yaşdan yuxarı 600 müəllim sertifikasiya imtahanında iştirak EDƏCƏK – RƏSMİ

60 yaşdan yuxarı 600 müəllim sertifikasiya imtahanında iştirak EDƏCƏK – RƏSMİ

Hazırda oxunan: 60 yaşdan yuxarı 600 müəllim sertifikasiya imtahanında iştirak EDƏCƏK – RƏSMİ

195952

60 yaşdan yuxarı 600 müəllim iyun ayının 21-24 tarixləri arasında keçiriləcək sertifikasiya imtahanında iştirak etmək üçün müraciət edib.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Təhsilverənlərin sertifikatlaşdırması 2024" adlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.

O bildirib ki, 65 yaşdan sonra əmək müqaviləsinin uzadılmasını istəyən müəllimlərin sertifikasiya imtahanında iştirakı arzuolunandır:

"Bir müəllim 65 yaşa çatanda onun əmək fəaliyyətinə xitam verilə bilər. Ona görə biz düşündük ki, onları bu proseslə yormayaq. Həmin müəllimlər təcrübəli müəllimlərdir. 65 yaşlı müəllimlərin bəzisi əmək müqaviləsinin uzadılması ilə bağlı müraciət edir. Bu iddiada olan müəllimlərin sertifikasiya prosesində iştirakı arzuolunandır. Çünki o müəllimlərin nəticələri qiymətləndirilir, ona görə qərar verilir".

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO