Dövlət qurumlarına, özəl şirkətlərə kiberhücumlar artıb - RƏSMİ

Dövlət qurumlarına, özəl şirkətlərə kiberhücumlar artıb - RƏSMİ

Hazırda oxunan: Dövlət qurumlarına, özəl şirkətlərə kiberhücumlar artıb - RƏSMİ

195943

“Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi general-mayor Azər Əhmədov Dövlət Qurumlarının IT Rəhbərlərinin IV Zirvə Toplantısında deyib.

O, qeyd edib ki, dövlət qurumlarına, özəl şirkətlərə və hətta ayrı-ayrı şəxslərə kiberhücumların sayının artdığını görürük:

“Bu vəziyyətdə, dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistemi yaratmaq üçün qüvvələrimizi birləşdirməliyik.

Kibertəhlükələr haqqında dövlət qurumları, media subyektlərinin nümayəndələri və ictimaiyyətin məlumatlılığının artırılması məsələsi də eyni dərəcədə önəmlidir.

Hər birimiz rəqəmsal dünyada hansı risklərin mövcud olduğunu, özümüzü və məlumatlarımızı necə qoruya biləcəyimizi başa düşməliyik. İlk növbədə dövlət qurumlarının kibersavadlılığının artırılması uğurlu hücumların sayını əhəmiyyətli dərəcədə azaltmağa və ümumi təhlükəsizliyi gücləndirməyə kömək edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO