Qadını ona irad tutduğuna görə öldürüb, həyətdə basdırdı - Bakıdakı qətlin DETALLARI

Qadını ona irad tutduğuna görə öldürüb, həyətdə basdırdı - Bakıdakı qətlin DETALLARI

Hazırda oxunan: Qadını ona irad tutduğuna görə öldürüb, həyətdə basdırdı - Bakıdakı qətlin DETALLARI

19591

Bu il yanvarın 17-də Bakı şəhəri Pirallahı rayon sakini Ramazanova Lalə Ələmdar qızının bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Mövsümzadə Telman Gülağa oğlunun Lalə Ramazanovanın ona irad bildirməsinə əsəbləşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla sonuncunun boğaz nahiyəsinə xəsarətlər yetirərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək qəsdən öldürməsinə və törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə meytini yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Telman Mövsümzadə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO