Tofiq Yaqublunun işi məhkəməyə göndərildi

Tofiq Yaqublunun işi məhkəməyə göndərildi

Hazırda oxunan: Tofiq Yaqublunun işi məhkəməyə göndərildi

195893

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, Yaqublu ilə birgə Məmmədov Elnur Vaqif oğlu da cinayət məsuliyyətinə cəlb edilib.
Onların işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO