Bakıda kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub.
Davam etdirilən tədbirlərlə E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib.
Qeyd edək ki, bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib.
E.Əhmədovun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat verə bilərlər.
- A-
- A
- A+
Cəmiyyət
08:57 / 05.06.2024
Bakıda kartlardan oğurluq edən şəxs TUTULDU - VİDEO
Hazırda oxunan: Bakıda kartlardan oğurluq edən şəxs TUTULDU - VİDEO
Hazırda oxunan: Bakıda kartlardan oğurluq edən şəxs TUTULDU - VİDEO
195758
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.