Seriallarda ötürülən GİZLİ MESAJLAR – Nikahdankənar uşaq dünyaya gətirməyi kimlər TƏBLİĞ EDİR?

Seriallarda ötürülən GİZLİ MESAJLAR – Nikahdankənar uşaq dünyaya gətirməyi kimlər TƏBLİĞ EDİR?

Hazırda oxunan: Seriallarda ötürülən GİZLİ MESAJLAR – Nikahdankənar uşaq dünyaya gətirməyi kimlər TƏBLİĞ EDİR?

195665

“Son illər ailə institutunu məhv etmək üçün müxtəlif layihələr həyata keçirilir. Həmin layihələrdən biri də seriallarda nikahdankənar uşaqların dünyaya gətirilməsinin təşviqidir. Ən maraqlısı da odur ki, nikahdankənar uşaqları əsasən serialın baş qəhrəmanları dünyaya gətirir. Hansı ki, baş qəhrəmən bütün cəhətləri ilə cəmiyyətə nümunə kimi göstərilməlidir. Beləcə, nikahdankənar uşaq dünyaya gətirilməsi baş qəhrəmanın müsbət xarakteri kimi gizli şəkildə cəmiyyətə ötürülür. Bu isə olduqca qorxulu tendensiyadır”.

“Nikahdankənar doğulanların da sayı artır”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, Azərbaycan cəmiyyətinin identikliyi həm də ailə dəyərləri ilə əlaqədar olub:
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərin nikaha girməsi QADAĞAN EDİLİR 


“Cəmiyyətimiz ənənəvi cəmiyyət olduğu üçün ailə münasibətləri də cəmiyyətin nəzarəti altında olub, ictimai qınaq tənzimləyici vasitə hesab edilib. Ancaq bir neçə ildir ki, ictimai nəzarət, ictimai qınaq mexanizmi cəmiyyətimizə kənar təsirlər, əcnəbi həyat tərzləri ilə qarşı-qarşıya qalıb. Belə ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin açıq cəmiyyətə inteqrasiyası fonunda ailə institutumuza da müxtəlif vasitələrlə əcnəbi  tərzlər təsir etməkdədir. Bu təsirlər xarici seriallar, filmlər və s. vasitəsilə reallaşır. Bu gün Azərbaycanın ailə  institutunda diqqət çəkən tendensiya nikahdankənar evliliklərdir. 

Tək bir faktı deyim ki, 2016-cı ilin statistikası üzrə 26 min uşaq nikahdankənar dünyaya gəlib. Onların bir qismi cütlüklərin səhlənkarlığı, məsuliyyətsizliyi, ənənəvi qohum nikahları ilə, habelə dini nikahla əlaqəlidirsə, digər hissəsi çox əfsuslar olsun ki, xaricdən təşviq edilən, cəmiyyətimiz üçün yad olan "ailə tərzləri" dir. Onların sayında artım dinamikası müşahidə olunur. Bu məsələ cəmiyyətimizdə sağlam ənənə və dəyərləri qorumaq üçün ölkəmizə idxal edilən serial və filmlərə nəzarəti aktuallaşdırır”. 

Sosioloq nikahdankənar evliliklərin fəsadlarından da danışıb:

“Belə ki, nikahdankənar evliliklər cəmiyyətimizin tarixi ailə dəyərlərini sarsıdır, ailə dayanıqlığını zəiflədir, uşaqların sosiallaşmasında neqativ nəticələr yaradır. Natamam ailədə böyüməyə məcbur qalan uşaqlar travma alır, cəmiyyətə kinli münasibətdə olur. Nəticədə, boşanmalar artır. 

Eyni zamanda, boşanma zamanı aliment təyinatı ilə bağlı problemlər yaranır. Belə "ailə"lər boşanan zaman mülkiyət mübahisələri və münaqişələri daha gərgin olur. Bəzən uşaqların atasının müəyyənləşməsi mübahisələndirilir. Uşağın hansı valideyndə qalması ailə koaliziyalarına (ailədaxili münaqişələr) səbəb olur. Təəssüflər olsun ki, ailə məsuliyyətindən qaçan, ictimai qınaq və sosial nəzarətə dözümsüz yanaşan bəzi cütlüklər nikahdankənar evliliyə, "vətəndaş nikahı" na üstünlük verirlər”. 

Üzeyir Şəfiyev hesab edir ki, ailələrdə, orta və ali məktəblərdə ailə dəyərləri aşılanmalı, uşaq və yeniyetmələrə ailə məsuliyyəti təlqin, valideyinlik misiyası tərbiyə edilməlidir:

“Ailə dərslərində, həyat bilgisi fənləri çərçivəsində ailə fəlsəfəsi, onun müsbət cəhətləri uşaq və yeniyetmələrə aşılanmalı, nikahdankənar evliliyin fəsadları izah edilməli, Azərbaycanın ailə dəyərlərinin varisliyi təmin olunmalıdır. KİV-lərdə ailə dəyərlərinə zərər verən layihələrə sərt nəzarət edilməlidir. Çünki məhz o layihələrlə cəmiyyət onun əsasını təşkil edən ailə institutu vasitəsilə dəyişdirilmısi hədəflənir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO