“28 May”da özünü qatarın altına atan şəxslə bağlı YENİ DETALLAR  

“28 May”da özünü qatarın altına atan şəxslə bağlı YENİ DETALLAR  

Hazırda oxunan: “28 May”da özünü qatarın altına atan şəxslə bağlı YENİ DETALLAR  

195595

Xəbər verdiyimiz kimi, "28 May" metro stansiyasında qatar stansiyaya daxil olarkən 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev platformadan yola yıxılıb. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən verilən məlumata görə, 68 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda həlak olan şəxs nazirliyin sabiq əməkdaşı olub


Lakin vətəndaşın qatar yoluna düşərkən hansı vəziyyətdə olması ilə bağlı təfərrüatlı informasiya verilməyib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Şərafəddin Abdullayev intihar edib. Yəni onun sağlamlıqla bağlı heç bir ciddi narahatlığı olmayıb və özünü qatarın altına bilərək atıb.

Qeyd edək ki, qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO