Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Gülarə Dibirova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.
Bildirilib ki, Gülarə Dibirova 1 oktyabr 1956-cı ildə Balakən rayonunda anadan olub.
1975–1980-ci illərdə Azərbaycan Dillər Universitetində ali təhsil alıb. 1980–1985-ci illərdə Balakən rayon Nizami adına orta məktəbdə ingilis dili müəllimi, 1989–2021-ci illərdə BDU-nun Biotexnologiya ETL-də tərcüməçi, 2021-ci ildən indiyədək isə Biomühəndislik ETL-də böyük laborant vəzifələrində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 03.06.2024
BDU-nun böyük laborantı VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: BDU-nun böyük laborantı VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: BDU-nun böyük laborantı VƏFAT ETDİ - FOTO
195484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.