Ölkənin şimal rayonlarında yenidən sərhəd-sipər əməliyyatı başlayıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan və Rusiyanın daxili işlər nazirlikləri arasında qarşılıqlı razılaşmaya əsasən Qusar, Quba, Xaçmaz rayonlarında şərti sipər əməliyyatı hər il keçirilir.
Sonuncu dəfə fevral ayında keçirilən əməliyyatların məqsədi qaçaqmalçılığa, narkobiznesə, mütəşəkkil cinayətkarlığa və diğər hallara qarşı birgə mübarizə aparmaqdır.
Əməliyyatlar həftə sonunadək davam edəcək.
Analoji əməliyyatlar Azərbaycanın şimal rayonları ilə yanaşı, şimal-şərq bölgəsinin Oğuz, Şəki, Qəbələ, Qax, Balakən və Zaqatala rayonlarının sərhədyanı ərazilərində də keçirilib.
Artıq bütün rayonlarda polis postları qoyulub. Sərhəd-sipər əməliyyatları bu gün, həmçinin paralel olaraq Dağıstanın Azərbaycanla sərhəd rayonlarında da başlayıb.
Qeyd edək ki, mayın 16-da hər iki ölkənin daxili işlər nazirliklərinin yüksək çinli əməkdaşları Qubada sərhəd-sipər əməliyyatı ilə bağlı konfrans keçirib. Konfransın əməliyyata hazırlıq və qarşıda duran vəzifələrə həsr olunduğu deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 03.06.2024
Azərbaycanın bir çox rayonlarında sərhəd-sipər əməliyyatı başladı
Hazırda oxunan: Azərbaycanın bir çox rayonlarında sərhəd-sipər əməliyyatı başladı
Hazırda oxunan: Azərbaycanın bir çox rayonlarında sərhəd-sipər əməliyyatı başladı
195456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.