Bakı Dövlət Sirki 75 ildən sonra axtarışa başladı - İtirilmiş kloun, janqlyor…

Bakı Dövlət Sirki 75 ildən sonra axtarışa başladı - İtirilmiş kloun, janqlyor…

Hazırda oxunan: Bakı Dövlət Sirki 75 ildən sonra axtarışa başladı - İtirilmiş kloun, janqlyor…

19539

Bakı Dövlət Sirki 75 ildən sonra ilk milli truppa və orkestr heyətini yaradır.

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Sirkindən bildirilib. Bakı Dövlət Sirki milli truppa yığılması məqsədilə istedadına güvənən 18-29 yaşınadək olan gəncləri, tələbələri və ixtisaslı şəxsləri müsabiqəyə dəvət edir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Dövlət Sirkində YENİLİK - RƏSMİ - FOTO​​​​​​​


Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, janqlyor və digər istedadlı gənclər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Xoreoqrafiya Akademiyasının məzunlarının iştirakı arzuolunandır.

Namizədlər öz tərcümeyi-hallarını (CV) və  nümayiş  etdirəcəkləri  janra uyğun qısa video materialı  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Həmçinin məlumatları (+99450) 204 04 54 “WhatsApp” nömrəsinə göndərmək mümkündür.

Eyni zamanda müsabiqədə iştirak etmək istəyən şəxslər Bakı Dövlət Sirkinin aşağıda göstərilən sosial şəbəkələri  vasitəsilə də əlaqə saxla bilərlər.

Facebook linki : //www.facebook.com/bakidovlet.sirki.3/photos

Instagram linki: //www.instagram.com/bakucircusofficial/?igshid=x0dscccyx87u

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO