Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO-VİDEO

Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO-VİDEO

Hazırda oxunan: Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO-VİDEO

195325

Şəkinin Aşağı Göynük kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin araşdırmalarla qəzaya mikroavtobusun sürücüsü səbəb olub. Belə ki, "Mercedes Vito”nu sürətlə idarə edən sürücü qarşısına qəflətən çıxan inəkdən yayınmaq istəyib. Və bu zaman digər minik avtomobilinə çırpılıb.
Qəza zamanı yaralananlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin yardım göstərilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.







Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO